Azərbaycan XİN Londonda törədilmiş terror aktını pisləyib

img

23-03-2017 [10:24]


Azərbaycan Xarici İşlər Nazirliyi Londonda törədilmiş terror aktını pisləyib.

Bu barədə XİN "Twitter" səhifəsində qeyd edib. "Terrora məruz qalan dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq”.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində silahlı insident baş verib. Terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR