Bərdədə ağır yol qəzası - 2 nəfər ölüb, 4 nəfər yaralanıb

img

23-03-2017 [00:49]


Bərdədə ağır yol qəzası baş verib.
 
Hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.
 
"VAZ 2106” və "Jeep” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-da olan iki nəfər, Bərdə rayon Kətəlpara kənd sakinləri, 1997-ci il təvəllüdlü Kərimov Təbriz Nadir oğlu və 1998-ci il təvəllüdlü Abdullayev Rahib  Knyaz oğlü ölüb.
 
Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonunun Kətəlparaq kənd sakini, 24 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonunun Maqsudlu kənd sakinləri - 35 yaşlı Rəhimova Gülnar Sahib qızı,  onun həyat yoldaşı 44 yaşlı  Rəhimov Behbud  Sahib Oğlu  və onların övladı, 13 yaşlı Rəhimov Fərid Behbud oğludur.
  
Qəzanın səbəbləri araşdırılır. 

APA
 

Digər xəbərlər
SON XƏBƏRLƏR