Londonda parlament binası qarşısında qanlı olay - Yaralılar var, terrorist öldürüldü (FOTO)

img

22-03-2017 [20:07]


Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

Bu barədə "Reuters” agentliyi Böyük Britaniya parlamentindəki mənbəyə istinadən məlumat yayıb. 
 
Atışma zamanı 2 nəfər yaralanıb. "Reuters” agentliyinin hadisə yeri yaxınlığında olan fotoqrafı isə ən azı 10 nəfərin yaralandığını bildirib. Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.

****

London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib. 

Bu, London polisinin "Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

"Sky News” telekanalı isə Vestminster körpüsündə, parlament yaxınlığında baş verən olayların əlaqəli olduğu barədə məlumat yayıb.

Məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR