"Səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik” - İlham Əliyev

img

22-03-2017 [18:39]


Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı - Pakistan Günü münasibətilə bu ölkənin prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.
 
Mia.az xəbər verir ki, təbrikdə Azərbaycanla Pakistanı ortaq mənəvi dəyərlərdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyi vurğulanıb:

"Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.
 
Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR