Rəsmi Moskva İsrailə xəbərdarlıq etdi - Səbəb

img

20-03-2017 [15:58]


Rəsmi Moskva Suriyanın Palmira yaxınlığında İsrailin hava hücumu ilə bağlı Tel-Avivə öz narahatlığını bildirib.

Mia.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov bildirib:

"Bizim xüsusi rabitə kanalımız var və oxşar insidentlərin baş verməməsi üçün bu kanalın səmərəli işləməsini istəyirik".

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Qari Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu, martın 17-nə keçən gecə həyata keçirilmiş hava hücumu ilə bağlı olub. İsrail mətbuatının yazdığına görə, İsrail təyyarələri Rusiya hərbçilərinin  olduğu ərazinin yaxınlığına hücum edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR