Şriftin ölçüsü / 271 dəfə oxunub

İcra başçısı yumurta döyüşdürdü; Zəngilanlılar Novruz bayramını şəhərcikdə qeyd etdi - FOTOLAR

19 Mart 2017 [00:31]

Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masazırdakı "Zəngilan şəhərciyi”ndə Novruz bayramı ilə bağlı şənlik keçirilib. Tədbirdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinləri təbrik edib, onlara xoş arzularını çatdırıb.

Daha sonra icra başçısı əhali ilə görüşüb, rayon idman klubunun nümunəvi çıxışlarını seyr edərək yarışlarda qalib gələn idmançıları təbrik edib. Ramiz Həsənov Novruz bayramının simvolları olan kosa və keçəllə yumuta da döyüşdürüb.


Novruz şənliyində Zəngilan rayon sakinləri ilə yanaşı şəhərcikdə məskunlaşan digər rayonların sakinləri də iştirak edib. Şənlikdə Zəngilan rayonunun tarixini, mədəniyyətini və adət-ənənisini əks etdirən rəsmlər də nümayiş etdirilib.
Novruz şənliyi konsert proqramı ilə davam edib.



SON XƏBƏRLƏR