Şriftin ölçüsü / 152 dəfə oxunub

IX sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçirilir

18 Mart 2017 [11:53]
Dövlət İmtahan Mərkəzi (DİM) Bakı (xüsusi məktəblər), 28 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlayıb. İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.

Bu gün 9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsəndə 294, Şəmkirdə 2489, Göygöldə 915, Samuxda 687, Gədəbəydə 882, Qazaxda 975, Ağstafada 899, Tovuzda 2059, Şamaxıda 1000, Mingəçevirdə 1180, Naftalanda 80, Goranboyda 1363, Yevlaxda 1344, Şəkidə 1982, Zaqatalada 1379, Balakəndə 908, Qəbələdə 1357, Qaxda 615, Oğuzda 570, Göyçayda 1272, Ağdaşda 1256, İsmayıllıda 1039, Qubada 1942, Qusarda 1096, Xaçmazda 2017, Şabranda 675, Siyəzəndə 482 nəfər) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb.



SON XƏBƏRLƏR