18-03-2017 [00:53]
"Xərçəng dünyanın bəlasına çevrilmiş, dünyanın, eləcə də Azərbaycanın mübarizə apardığı, çarəsi üçün davamlı axtarışlar gedən bir xəstəlikdir. Bu gün müasir müayinə, müalicə metodları ilə əldə olunan nəticələr artıq xərçəngin sağalmaz deyil, sağalan xəstəliklər siyahısında olduğunu deməyə əsas verir. Bu gün biz də xərçəngin müalicəsində dünya ilə ayaqlaşmaqdayıq”.
Mia.az xəbər verir ki, bunu APA TV-nin "Öncə sağlıq” proqramında onkoloq, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Zeynəb Allahverdiyeva deyib.
Mütəxəssis süd vəzi xərçənginin müalicəsində müsbət nəticələrin əldə olunmasında erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayıb və təəssüflə bildirib ki, bir çox hallarda qadınlar xəstəliyin kəskinləşdiyi hallarda həkimə müraciət edirlər:
"Bu gün internet dövründə xanımlarımız o qədər də maarifsiz deyillər. Onlarda süd vəzi ilə bağlı hər hansı şübhə yaranan kimi internetdə araşdırma aparırlar. Təəssüf ki, çox zaman da elə internetdə olan məlumatlarla kifayətlənirlər, yəni həkimə müraciət etmirlər. Bir xanım süd vəzində düyün, ağrı hiss edirsə, hökmən həkimə müraciət etməlidir. Çox zaman xəstəliyin ilk anlarında ağrı soyuqdəymə ilə əlaqələndirir. Biz bu hallarla tez-tez qarşılaşırıq. İstənilən halda süd vəzlərində hər hansı bir kütlə, hər hansı bərk törəmə hiss etdikdə həkimə müraciət olunmalıdır. Amma onu da deyim ki, öncəki illərlə müqayisədə xanımların həkimə müraciəti çoxalıb”.
Süd vəzi xərçənginin səbəbi dəqiq məlum olmayan xəstəliklər siyahısında olduğunu deyən həkim buna baxmayaraq, bir çox faktorların səbəb kimi qəbul edildiyini bildirib:
"Erkən ailə qurma, gec ailə qurma, erkən doğuşlar, ilkin doğuşun gec olması, aybaşı tsiklinin daha erkən, yaxud daha gec yaşlarda baş verməsi, metabolizm prosesində pozğunluqların yaranması və genetik faktor xüsusilə rol oynayır”.
Z. Allahverdiyeva səbəb olan əsas amillərdən biri kimi stress faktorunu vurğulayıb.
Problemin yaranmasında genetik amilin rolu haqda danışan həkim bildirib ki, süd vəzi xərçənginin əmələ gəlməsi əsasən ana xətti ilə bağlı olur. Yəni ana, bacı, nənə və digər yaxınlarda, qohumlarda bu problem varsa, nəsildə olan qadınlar risk qrupuna daxildirlər.
Onkoloq qeyd edib ki, süd vəzi xərçəngi erkən – birinci mərhələdə aşkarlandıqda, xəstənin yüz faiz sağalma şansı var:
"Süd vəzində hər hansı ağrı, kütlə hiss edən qadınlarda ilk anda xof, qorxu yaranır. O anda "məndə xərçəng xəstəliyi varmı” deyə sual edirlər. Amma həmən təlaş keçirməyə dəyməz. Ağrı daha çox süd vəzinin xoşxassəli düyünlərinin xarakteristikasına aiddir. Bundan qorxmaq lazım deyil”.
Onun sözlərinə görə, bu düyünlərin çox az hallarda gələcəkdə bədxassəli şişə çevrilmə ehtimalı var.
Həkim deyib ki, süd vəzisində xərçəng ilkin mərhələdə aşkarlandıqda cərrahiyə əməliyyatı lokal olaraq icra edilir və xəstə illərlə kontrolda saxlanılır.
Onkoloq onu da deyib ki, xanımlar özləri-özlərini müayinə etməyi bacarmalıdırlar. Hər iki qolu yuxarı qaldırmaqla, süd vəzini basmaqla, düyünü yoxlamalıdırlar. Həkim qeyd edib ki, bədxassəli düyünlər ilkin dövrdə bərk, ağrısız və hərəkətsiz olur:
"Süd vəzi dərisində portağal qabığına bənzər dərinin olması, qızartı kimi simptomlar, gilənin içəriyə dartılması 90% süd vəzi xərçənginin əlamətləridir. Amma bəzi hallarda süd vəzi giləsinin içəriyə dartılması genetik, yəni fizioloji olur”.
Mütəxəssis onu da bildirib ki, süd vəzi xərçənginə xüsusilə 50-74 yaş arasında daha çox rast gəlinir. Amma inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə artıq bu yaş cavanlaşmağa doğru gedir. Onun sözlərinə görə, son dövrlərdə 25 yaşlı qadınlarda da süd vəzi xərçənginə rast gəlinir.
Z. Allahverdiyeva qeyd edib ki, hamiləliyi yarımçıq bitən, abort olunan qadınlar süd vəzi xərçəngi ilə bağlı risk qrupuna daxildirlər.
Mütəxəssis bildirib ki, süd vəzisi xərçəngi cavan qadınlarda daha tez inkişaf edir: "Cavan orqanizmdə metabolizm, maddələr mübadiləsinin daha sürətli olduğunu nəzərə alsaq, xəstəliyin də sürətli inkişaf etdiyini deyə bilərik. Yaşlı şəxslərdə bu inkişaf nisbətən zəif gedir”.
Onkoloq deyib ki, süd vəzi dərisində qızartı, yaralar varsa, bu, artıq süd vəzi xərçənginin ağırlaşmış, dördüncü mərhələdə olduğunu göstərir: "Amma portağal qabığı simptomunun olması dördüncü mərhələ demək deyil. Gecikmiş mərhələlərdə xəstələr sümüklərdə ağrı, baş gicəllənməsi əlamətləri ilə müraciət edirlər. Bu isə artıq sümük, beyin metastazının əlamətləri sayılır. Çox təəssüf ki, gecikmiş mərhələdə bu əlamətlərlə müraciət edən xanımlarımız var”.
Həkim profilaktiki olaraq 25-30 yaşlardan sonra hər bir xanımın süd vəzi müayinələrindən keçməsinin vacib olduğunu deyib. O, ilkin olaraq ultrasəs müayinəsi aparılmasının, 30-35 yaşdan sonra isə mammoqrafiya müayinəsi etməyin vacib olduğunu deyib.
Süd vəzi problemlərindən biri – mastopatiyalar haqda danışan Z. Allahverdiyeva deyib ki, bu, xoşxassəli haldır: "Mastopatiya süd vəzində hərəkətli düyünlərlə özünü büruzə verir və bundan qorxmaq lazım deyil. Bu düyünlər 0,1 faiz hallarda gələcəkdə ağır xəstəliyə çevrilə bilər. Fibrokistik xəstəliklər xərçəng önü xəstəlik sayılmır. Bu hallara gənc xanımlarda daha çox rast gəlinir”.
Mütəxəssis risk qrupuna daxil olan qadınları, ümumiyyətlə, hər kəsi xərçəng hüceyrələrinin inkişafında rolu olan qidalardan mümkün qədər uzaq olmağa çağırıb.
Həkim bur sırada konservləşdirilmiş, hisə verilmiş, konservantlarla zəngin olan, qızardılmış, "fast food” qidaları vurğulayıb: "Daha çox maye qəbul etmək, heyvani yağlardan az istifadə etmək, siqaret və alkoqoldan uzaq olmaq, meyvə-tərəvəzlər, göyərtilərdən daha çox faydalanmaq lazımdır”.
O, həmçinin artıq çəkili insanlarda xərçəng riskinin daha çox olduğunu vurğulayaraq artıq çəkili qadınların yemək və hərəkət rejiminə ciddi əməl etmələrinin əhəmiyyəti barədə də danışıb.
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır