Hərbi Dəniz Qüvvələrinin sabiq komandanına hökm oxundu - Sərbəst buraxıldı

img

17-03-2017 [17:30]


Bu gün Nəsimi Rayon Məhkəməsinin binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası tərəfindən baxılan işdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Sultanova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, sərbəst buraxılıb.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib. Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə daha 27 nəfər müxtəlif hərbi rütbəli şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib. Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Vitse-admiralın həbsindən bir müddət sonra Bakı Hərbi Məhkəməsində barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR