Şriftin ölçüsü / 104 dəfə oxunub

Nəsimi rayonundan olan məktəblilər Naxçıvana yola salındı

17 Mart 2017 [10:56]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilib.

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin 16-19 mart tarixlərində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 27 nəfər məktəbli şagirdin "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərə yola düşdülər.

Yola salma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur.
Yola salınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Sonra məktəblilər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.




SON XƏBƏRLƏR