Sahib Atakişiyev Ukraynadakı döyüşlərdə həlak oldu - Foto

img

17-03-2017 [10:02]


Ukrayna azərbaycanlı qəhrəmanı ilə vidalaşıb.

Ukrayna ordusunda xidmət edən çavuş Sahib Atakişiyev Məhərrəm oğlu Donetsk vilayətində ATO (anti-terror əməliyyatı) dəstəsi ilə birgə keçirilən əməliyyat zamanı həlak olub. 

Onunla vidalaşmaq üçün hakimiyyət nümayəndələri, ATO-nun üzvləri və məktəblilər Svatova kəndində bir araya gəliblər. Kənd nümayəndəsi Sahib Atakişiyevin azərbaycanlı olmağına baxmayaraq, Ukraynaya bağlı olduğunu, onun uğrunda canından keçdiyini xüsusi qeyd edib və "Bizim əsgərimiz, torpaqda rahat yat. Biz həmişə səni yad edəcəyik” , - deyib.

Sahib Atakişiyev Ukraynadakı döyüşlərdə həlak oldu -  Foto


Digər xəbərlər
SON XƏBƏRLƏR