Əfv sərəncamının icrasına başlanıldı

img

17-03-2017 [10:00]


Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.

Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR