16-03-2017 [19:41]
Martın 17-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses aprelin 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Tədbir | Tarix (2017‑ci il) | Qeyd |
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: | ||
Magistraturaya qəbul olunmaq üçün ərizə qəbulu | 10 – 17 mart | Davam edir |
İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 05 – 08 aprel | |
QƏBUL İMTAHANI – 1-ci mərhələ | 09 aprel | |
Proqram seçimi | 15 – 22 may | |
İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 31 may - 03 iyun | |
QƏBUL İMTAHANI – 2-ci mərhələ | 04 iyun | |
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə: | ||
Rezidenturaya ərizə qəbulu | 10 – 17 mart | Davam edir |
İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 05 - 08 aprel | |
QƏBUL İMTAHANI 1-ci mərhələ | 09 aprel | |
İmtahana buraxılış vərəqəsinin çap edilməsi | 01 - 04 iyul | |
QƏBUL İMTAHANI 2-ci mərhələ | 05 iyul | |
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) | ||
İlk imtahanda iştirak üçün qeydiyyatın aparılması | 16 mart‑31 mart | Davam edir |
1-ci imtahan | 09 aprel | |
2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) | 20 – 31 may | |
2-ci imtahan (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) | 11 iyun | |
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə: | ||
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları* | 27 may, 11 iyun | |
ərizə qəbulu (I- IV qruplar) | 16 mart‑10 aprel | Davam edir |
ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı | 15 – 22 may | |
QƏBUL İMTAHANI (ilk imtahan) – I-IV qruplar üzrə | Aprel‑may | |
QƏBUL İMTAHANI (ikinci imtahan) – I-IV qruplar üzrə | İyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 iyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları | 25 iyul - 03 avqust | |
jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı | 21 – 24 iyul | |
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında: | ||
ərizə qəbulu | 14 mart - 4 aprel | Davam edir |
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları) | 16 aprel | |
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) | İyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 iyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı | 19 – 23 iyul | |
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında: | ||
ərizə qəbulu | 16 mart‑10 aprel | |
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) | İyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat | 07 – 18 İyul | |
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı | 25 iyul-03 avqust | |
Buraxılış imtahanları: | ||
İlk peşə-ixtisas təhsili müəssisələri | 12 mart | keçirilib |
Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət - region | 05 mart | keçirilib |
Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət - region | 12 mart | keçirilib |
Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət - region | 18 mart | |
Ümumi orta təhsil bazasında II mərhələ | İyun | |
Tam orta təhsil bazasında | İyun |
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib