Şriftin ölçüsü / 322 dəfə oxunub

Metrodakı tüstülənmənin səbəbi açıqlandı

16 Mart 2017 [00:06]

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tuneldəki tüstülənmənin səbəbini açıqlayıb.

QuSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tüstülənməyə səbəb tunellərə keçid tunelindəki kabellərdə baş verən qısaqapanma olub:

"İki stansiya arasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə "Gənclik" və "28 may" stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı.

Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər metronu tərk ediblər".



SON XƏBƏRLƏR
10:22 23.06.2017
İlham Əliyev Şirvanda