“Qulağınızı Andranikin qulağı kimi kəsərəm!” - Partiya sədri hədələdi

img

14-03-2017 [14:14]


Martın 10-da hüquqşünas Aslan İsmayılov və Türkiyəli iş adamı Ömür Oralın keçirilən mətbuat konfransında Ermənistanın Ağbulaq kəndində doğulan iş adamı Mürvət Həsənliyə işarə vuraraq "Ermənistanda doğulanmı ermənidir, Türkiyədə doğulan ermənimi ermənidir” cümləsini işlədərək Qərbi Azərbaycanlıları erməni adlandırması böyük rezonansa səbəb olub. 

CNN Baku xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev od püskürüb. Bildirib ki, Aslan İsmayılov və hüquqlarını müdafiə etdiyi Ömür Oral başlarından böyük danışıb.

"Aslandır, tülküdür nədir bilmirəm, o, və türk iş adamı qələt edir başından böyük danışır. Elə etməsinlər ki, onların da qulağın Andranikin qulağı kimi kəsib özlərinə yedirdək. Qərbi Azərbaycanlılar türk kökənlidirlər. O, kimdir ki, 5 milyonluq Qərbi Azərbaycanlıya erməni deyir?Bunu deyənin özü ermənidən törəmədir”- deyə H. Hacıyev bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı iş adamı Mürvət Həsənli dünən mətbuat konfransı keçirib. Bildirib ki, türk iş adamının Qərbi Azərbaycanlıları təhqir etməsinə hüquqi qiymət verilməsi üçün əlindən gələni edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR