Şriftin ölçüsü / 220 dəfə oxunub

Azərbaycanlı ər arvadını 15 bıçaq zərbəsiylə öldürüb

15 Mart 2017 [12:45]
Rusiyada 53 yaşlı azərbaycanlı həyat yoldaşını 15 bıçaq zərbəsi ilə qətlə yetirib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qətl bu gecə Moskvada yaşayış evinin girişində baş verib. Qadın hadisə yerində ölüb.

Əri Mehman Əliyev saxlanılıb. Dindirmə zamanı cinayəti törətdiyini etiraf edib. 

Faktla bağlı cinayət işi açılıb.



SON XƏBƏRLƏR