Allahşükür Paşazadədən beynəlxalq təşkilatlara çağırış

img

15-03-2017 [11:48]


Bəzi müsəlman ölkələrində baş verən terror hadisələri islam həmrəyliyinin olmamasından irəli gəlir.

Mia.az bildirir ki, bunu bu gün Bakıda keçirilən "İslam həmrəyliyi –zamanın çağırışı” konfransında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O, vurğulayıb ki, bu gün Suriyada, İraqda və digər bir sıra müsəlman ölkələrində terror aktları baş verməkdədir: " Bu cür hadisələr biz müəlsmanlara xoş deyil. Bu cür hadisələr İslam həmrəyliyinin olmamasından baş verir”.

Şeyx tədbirdə beynəlxalq təşkilatlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həlli üçün çağırış və tələb edib: "Ermənistan Azərbaycanın tarixi və əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonları işğal edib. Bizim bir milyondan artıq məcburi köçkünlərimiz var. Azərbaycan dövləti onların sosial problemlərinin həli istiqamətində müxtəlif tədbirlər həyata keçirsə də, bu insalar öz ata-baba torpaqlarına geri qaytarılmalıdır. Mən bütün beynəlxalq təşkilatlardan, dünyanın ən böyük ölkələrinin rəhbərlərindən bu münaqişənin sülh və ədalətdli həlli üçün düzgün, ədalətli mövqe nümayiş etdirmələrini və müvafiq addımlar atmalarını istəyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR