Şriftin ölçüsü / 377 dəfə oxunub

Polis zabiti restoranda öldü - Bakıda

15 Mart 2017 [10:39]
Bakıda restoranda ölüm hadisəsi baş verib.

Mia.az apa-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R.Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR