Şriftin ölçüsü / 211 dəfə oxunub

Rüşvət alan direktor həbsdə qaldı - Qərar

15 Mart 2017 [10:12]
Şirvan Apelyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Ə.Həmzəyev qərardan kassasiya şikayəti verib(qafqazinfo).

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR