Şriftin ölçüsü / 156 dəfə oxunub

Türkiyə Hollandiyaya iki nota verib

13 Mart 2017 [13:03]
Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili martın 13-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona iki etiraz notası təqdim edilib.

"Anadolu" agentliyi xəbər verir ki, bu ölkənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili iki gün ərzində üçüncü dəfədir XİN-ə çağırılıb.

Həmin notalarda Hollandiya hökumətindən Türkiyədən yazılı üzr istəməsi tələb olunub.

Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb.



SON XƏBƏRLƏR