12-03-2017 [19:59]
"Qırğızıstanın ikinci prezidenti Kurmanbek Bakiev Belarusa mühacirət edib, prezident Lukaşnkoya, ailəsinin biznesinə yardım edir. Onun yenidən Qırğızıstana və böyük siyasətə qayıtması ehtimalından danışılır".
Bu haqda "Currenttime.TV" yazıb.
Xatırladaq ki, Kurmanbek Bakiev 2005-10-cu illərdə "Zanbaq inqilabı” nəticəsində Asker Akaevdən hakimiyyəti təhvil almışdı.
Elə özü də növbəti inqilab nəticəsində ölkəni tərk etməli olub. Artıq neçə ildir ki, o, ailəsi ilə birgə Belarusda siyasi mühacir kimi yaşayır. Qırğızıstan hakimiyyəti onun geri verilməsini tələb edir. Onun hakimiyyətinin üzvləri britaniyalı biznesmenin həyatına qəsddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırırlar.
"Lukaşenkoya ömür boyu minnətdaram”
Mia.az xəbər verir ki, Kurmanbek Bakiev Azadlıq Radiosunun Belarus xidmətinə müsahibəsində bir çox məqamlara toxunub.
O, keçmiş prezident Asker Akaevin onu Lukaşenko ilə eyni cür düşünməsi ilə bağlı şərhinə belə cavab verib:
"Belə bir müqayisə yersizdir. Akaevin məntiqilə, o da Putinə mənəvi və tərziylə oxşayır. Amma mən Akaevi də, Putini də yaxşı tanıyıram. Deyə bilərəm ki, belə deyil. Düzdür, biz Lukaşenko ilə nədəsə oxşayırıq, nədəsə yox. Digər normal insan kimi...”
Kurmanbek Bakiev Qırğızıstanı tərk etmə səbəblərindən danışıb. Deyib ki, Prezident Adminstrasiyası ələ keçiriləndən sonra o, 9 gün ölkənin cənubunda qalıb.
Bir gün Putin ona zəng edib və ölkəni tərk etməsini məsləhət bilib, çünki regional münaqişə başlasa, səbəbkar onu biləcəkdilər.
Bakiev deyir ki, görünür, artıq bu münaqişənin əlamətləri hiss olunmağa başlayıb, çünki o ərəfədə Lukaşenko ona zəng edib: "Telefonu açan kimi dedi, Kurmanbek, sən hələ sağsan?”
Sabiq prezident Lukaşenkonun təklifi ilə ölkədən çıxdığını deyir.
Bakiev, onu ölkədən çıxarmaqla Qırğızıstanda münaqişə yaranmasının qarşısını aldığı və ailəsini qoruduğu üçün ömrü boyu Lukaşenkoya minnətdar olacağını deyib.
"2010-cu ildəki inqilab yox, dövlət çevrilişi idi”
Kurmanbek Bakiev vurğulayıb ki, 2010-cu ildə baş verənlər inqilab yox, dövlət çevrilişi idi. O, 2005-ci ildəki "Zanbaq” inqilabının bütün ölkəböyu başladığını, 2010-cu ildəki etirazların isə bir neçə min adamın təşkil elədiyini söyləyir.
O xatırlayır ki, britaniyalı biznesmenin ölümü ilə bağlı Londonda keçirilən məhkəmə prosesində onu və böyük oğlunu prosesə cəlb ediblər: "Guya onun ölümünü biz hazırlamışıq”. O bildirib ki, vətənində bu işlə bağlı ittiham olunsa da, Qırğızıstanın indiki hakimiyyəti bunu London məhkəməsində sübut edə bilməyib.
Bakiyev deyib ki, onun Qırğızıstanda heç bir sərvəti yoxdur, ona məxsus iki evi də dağıdıblar:
"Deyirlər ki, onun oğlu bizneslə məşğuldur. Bəli, oğlum biznesmendir, ancaq o, hansı səhmlərin sahibidir, bir ata kimi bunu bilmirəm”.
Sabiq prezidentin sözlərinə görə, oğlu hüquqşünas kimi Londona gəlib və burda öz işini qurub, əgər oğlu Qırğızıstan hakimiyyətinin iddia etdiyi kimi, ölkədən milyardlar, milyonlar çıxarıbsa, onda qırğız hökuməti əlindəki sübutları London məhkəməsinə versin.
"Baş naziri əlcək kimi dəyişirlər”
Bu il Qırğızıstanda keçiriləcək prezident seçkisinə qoşulmuş namizədlərlə bağlı konkret fikrini söyləməyən Bakiev bunu belə əsaslandırır:
"İndi desəm ki, hansı namizədə rəğbətim var, o dəqiqə deyəcəklər ki, Bakiev filankəsi dəstəkləyir. Xeyir vermək əvəzinə zərər vermiş olaram. Ona görə rəğbətim kimədir, söyləmirəm. Bütün normal ölkələrdə olduğu kimi, prezidentliyə layiq namizədlər var”.
Ancaq o, vurğulayıb ki, Qırğızıstanda müxtəlif və çoxlu hakimiyyət iddiasında olan siyasi qruplar var:
"Baş naziri əlcək kimi dəyişirlər. Bu zaman hansı iqtisadi yüksəlişdən danışmaq olar? Hakimiyyətdə sabitlik yoxdur. MDB ölkələri baş nazirləri arasında belə bir zarafatın dolaşdığını eşitmişəm ki, bir forumda bir baş nazirlə tanış olmağa vaxt tapmamış digərinə ayrısı gəlir”.
Bakiev deyir ki, bir ölkədə prezidentlərin tez-tez dəyişməsi yaxşı hal deyir. Onun fikrincə, hakimiyyət pilləsi artdıqca, liderə daha çox vaxt lazımdır ki, ideyalarını gerçəkləşdirə bilsin. O, güclü prezident-güclü parlament quruluşunun tərəfdarı olduğunu, belə sistemin ölkəni inkişaf etdirdiyini söyləyir. Ancaq sabiq prezident onu da vurğulayır ki, əsas olan qanunların işləməsidir.
K.Bakiev Qırğızıstandan Amerika hərbi bazasının çıxarılmasını mənfi hal sayır, deyir ki, bu hərbi baza Amerikadan çox, Qırğızıstana lazım idi.
"Anam demişdi, səndən heç vaxt rəis olmayacaq”
Bakiev "Siz Rusiyadan ötrü rahat prezident idiniz?” sualına belə cavab verib: "Mən nə Rusiya üçün, nə qonşulardan ötrü rahat prezident idim. Amma həmişə yola gedirdik”.
"Niyə rahat prezident deyildiz” sualına isə cavabı belə olub:
"Rəhmətlik anam deyərdi ki, səndən heç vaxt rəis olmayacaq, çünki əyilməyi bacarmırsan. Həmişə düşünürdüm, niyə əyilməliyəm ki? Mən İslam Karimovla, Nazarbayevlə, Putin və Medvedevlə hər zaman açıq danışmışam. Qırğızıstan, düzdür, onlarla müqayisədə balaca ölkədir. Ancaq heç vaxt onlara quyruq bulamamışam, yaltaqlanmamışam”.
Mia.az
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür