Yazıçı-publisist Eyruz Məmmədovun yeni kitabı çapdan çıxdı

img

10-03-2017 [16:26]


Bu yaxınlarda əziz oxuculara daha bir yeni roman təklif olunub.

Yazıçı-publisist Eyruz Məmmədovu oxuculara tanıtmağa ehtiyac yoxdur. İstər Sumqayıtda, istərsə də Bakıda onu peşəkar qələm ustası kimi yaxşı tanıyırlar. Onun 20-dən çox bədii və publisistika janrında kitabları çapdan çıxmışdır. Əsərləri türk, rus, alman, ingilis və ispan dillərinə tərçümə olunmuşdur.

Bu yaxınlarda onun "Azəri” nəşriyyatı tərəfindən "Qaranlığın çırağı” romanı çapdan çıxmışdır. Bu barədə nəşriyyatın mətbuat xidmətindən birlik.az saytına məlumat verilmişdir. Əvvəlki romanlarında olduğu kimi bu əsərində də məhəbbət mövzusu əsas yer tutur. Gənc qız Pekan avtoqəza hadisəsindən sonra gözləri kor olur. Bütün dramatik və psixoloji hadisələr də bundan sonra cərəyan edir. Məhəbbət, sevgi, etibar, qısqanclıq, xəyanət, sui-qəsdlər əsərdə inandırıcı şəkildə qələmə alınmışdır. İnanırıq ki, Eyruz müəllimin bu romanı da oxucuların rəğbətini qazanacaq.

Kitabı "Azəri” nəşriyyatından (Tel:65-6-50-42) və Sumqayıtın kitab mağazalarından əldə etmək olar.




Digər xəbərlər
SON XƏBƏRLƏR