Hansı məmurların ermənilərlə qohumluğu var? - Şok ittiham

img

09-03-2017 [18:56]


"Biz də istənilən vaxt bu addımı ata bilərik. Ancaq bu addımı ata bilmirik. Çünki Azərbaycan hakimiyyətində kifayət qədər ermənilərlə qohumluğu olan söz sahibinə malik insanlar var”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Ohanyan-Raffi-Oskanyan” blokunun lideri, Ermənistanın keçmiş müdafiə naziri Seryan Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə münasibət bildirərkən pia.az-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, Ermənistanda partiyalar Qarabağ problemi ilə bağlı "müxtəlif” təkliflər irəli sürüblər. Bu partiyaların fikirləri demək olar ki, eyni nöqtədə kəsişib. "Ohanyan-Raffi-Oskanyan” blokunun (lideri keçmiş müdafiə naziri Seyran Ohanyandır-red.) 12 maddədən ibarət platformasında da Qarabağ probleminə toxunulub. Blokun lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, ümumi razılaşma prosesində qarşılıqlı güzəştlərdən danışmaq olar, lakin bu da hərbi və siyasi ekspertizaya əsaslanmalıdır. İndiki anda isə güzəşt ssenarilərindən danışmaq hələ tezdir, heç Bakının da belə bir istəkdə olması gözə görünmür. Ümumi güzəşt ssenarisi Azərbaycanın siyasi maraqlarına nə dərəcədə uyğun ola bilər?

Azərbaycanla Ermənistan arasında hansısa güzəşt ssenarisindən danışmağa ehtiyac olmadığını bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə, bu güzəşt siyasəti heç Azərbaycanın milli maraqlarına d,a uyğun gəlmir:

"Bu gün Ermənistan rəhbərliyində olan və olmayanların hamısı hakimiyyətə Dağlıq Qarabağ məsələsinin həlli müstəvisində gəlib. Onların bugünkü bəyanatları mənasız və aldadıcı manevrlərdir. Artıq 23-24 ildir ki, başımızın altına yastıq qoyublar. Bu gün də onun davamı gedir. Onlara Dağlıq Qarabağı bugünkü vəziyyət saxlaması, orada yeni tikililərin salınması və dünya ictimaiyyətinə Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanıtmaq lazımdır. Ermənistan seçkilər ərəfəsindədir və orada müxtəlif partiyalar müxtəlif bəyanatlarla çıxış edə bilərlər. Ancaq hələlik hakimiyyətdə cani Sərkisyandır. Sərkisyan da müxtəlif bəyanatlar verir və bildirir ki, hər an müharibə başlaya bilər, biz hazır olmalıyıq. Azərbaycan rəhbərliyi və siyasi partiyalarımız da gərək bunu düşünsün. Azərbaycanda millətin birliyinə ehtiyac var. Bu birlik hələlik yoxdur. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında hələlik müsbət impuls verilmir. Seyhan Ohanyan Dağlıq Qarabağ işğal olunan zamanlarda müdafiə naziri olmuş şəxsdir. Onun bugünkü çıxışları təsadüfi deyil. Onlar "öncə dalaşaq, sonra barışaq”, prinsipi ilə yaşayırlar. Bütün bunlar Azərbaycan xalqına qarşı aldadıcı təsir bağışlayır.

Bizim daxildə ordumuz daha da güclənməlidir və Azərbaycan beynəlxalq imic baxımından ciddi addımlar atmalıdır. Təəssüf ki, bu hələlik müşahidə olunmur. Elmar Məmmədyarovun Lavrovla son görüşündə də Lavrov bəyan etdi ki, hələ ki müəyyən güzəştlər razılaşdırılmayıb. Hansı güzəştli razılaşmadan söhbət gedə bilər? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Biz öz torpaqlarımızı işğaldan azad etmək üçün, öncəliklə hakimiyyətimizi ermənilərlə qohum olan insanlardan azad etməliyik. İlk növbədə, milli barışıq olmalıdır. Daha sonra isə öz torpaqlarımızı hərbi yolla da işğaldan azad edə bilərik. ATƏT-in Minsk Qrupu və digər ölkələrin aldadıcı bəyanatlarına inanıb vaxtı uzatmamalıyıq. Faktiki olaraq, BMT-nin mövcud olan 4 qətnaməsində göstərilir ki, Azərbaycan istənilən zaman ərazi bütövlüyünü təmin edə bilər. Biz də istənilən vaxt bu addımı ata bilərik. Ancaq bu addımı ata bilmirik. Çünki Azərbaycan hakimiyyətində kifayət qədər ermənilərlə qohumluğu olan söz sahibinə malik insanlar var. Yalandan "Sülh Platforması” yaradılır. İki erməni dığasını efirdə danışdırmaq o demək deyil ki, Ermənistanın Azərbaycan torpağını işğal etməsinin üstündən xətt çəkməliyik.

Ermənistanın siyasi təşkilatlarının nə deməsindən asılı olmayaraq, onlar heç vaxt Dağlıq Qarabağı bizə sülh yolu ilə qaytarmayacaqlar. Bizimkilər nə qədər ermənilərlə qohumluq etsələr də, bunun xeyri yoxdur. Bizim tək yolumuz müharibə etmək və Xankəndində bayrağımızı asmağımızdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsində milli qüvvələrimiz də birlik nümayiş etdirməlidir. Milli qüvvələr prezidentlə bir yerdə olmalıdır. Belə olan halda prezident canını "5-ci kolon”dan, rüşvətxor məmurlardan qurtara bilər. Bu gün Ziya Məmmədovun qohumları həm hakimiyyətin daxilində, həm də xaricdə çox böyük seperatçı işlərlə məşğul olurlar. Biz onlardan canımızı qurtara bilsək, Dağlıq Qarabağ məsələsi asanlıqla həllini tapacaq. Biz xarici dövlətlərin rəylərini də nəzərə almalıyıq.

Ümumi kompromis razılaşmasına gəlincə, onlar Dağlıq Qarabağa müstəqillik verilməsini istəyirlər. Bu mümkünsüzdür. Azərbaycan torpaqlarında ikinci bir erməni dövləti yarada bilmərik. Vaxtilə, İrəvan da Azərbaycanın olub. O vaxtı satqınlarımız İrəvanı Ermənistana veriblər. Bu gün içimizdə ermənilərlə qohumluğu olanlar da çalışırlar ki, torpaqlarımızda ikinci erməni dövləti yaransın və sabah bu millətin qəzəbindən qurtulmaq istəyəndə ora qaçsınlar. Heç bir kompromisdən söz gedə bilməz. Ermənistan işğalçı ordusunu bizim torpaqlarımızdan çıxarmalıdır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR