Şriftin ölçüsü / 47 dəfə oxunub

Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb

09 Mart 2017 [14:34]
Bu ilin fevralında dövlət sərhədini pozan 37 nəfər saxlanılıb. Onların 11 nə­fəri Nigeriya, 10 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Moldova, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşıdır.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən mia.az-a bildirilib ki, sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 327 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkarlanaraq, götürül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd "KİA” markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektro­keyləşdirici, 1290000 Rusiya Federa­siyası rublu, 26500 Avro, 2000 Azərbaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman prepa­ratı, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.



SON XƏBƏRLƏR