Türkiyədə azərbaycanlı sürücüsünü qarət edən şəxslər yaxalandı - Təfərrüat

img

08-03-2017 [18:48]


Türkiyədə azərbaycanlı yük maşını sürücüsünü qarət edən şəxslər yaxalanıb.

APA-nın verdiyi məlumata görə, bu il fevralın 19-da Azərbaycandan Kocaelinin Çayırova qəsəbəsinə gələn Ayel Q. yük maşınını qəsəbədəki dayanacaqlardan birində saxlayıb.

Bu zaman üzü maskalı 3 nəfər Ayel Q.-yə hücum çəkib, onu təhdid edərək əllərini bağlayıb. Sürücünün üzərində olan 800 dollar, 400 lirə, mobil telefonu götürən soyğunçular bununla da kifayətlənməyib, yük avtomobilini də aparıblar. Olayla bağlı araşdırmalara başlayan Türkiyə polisi yük maşınının Ankarada ehtiyat avtomobil hissələrinin satışı ilə məşğul olan U. K.-yə 45 min lirəyə çatıldığını üzə çıxarıb. U. K. saxlanılıb. Ötən gün polisin İstanbulda apardığı əməliyyat zamanı S. Ç, Y. Y. və S. D. də yaxalanıb.

Şübhəlilərdən S. Ç. barədə məhkəmənin oğurluq, saxtakarlıq və dələduzluqla bağlı 2,3 il azadlıqdan məhrumetmə qərarı olduğu da məlum olub. S. D. isə şəxsi əmlaka ziyan vurma ilə əlaqədar axtarışda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR