Bakıda marşrutun tavanında oturan şəxs kimdir? - Açıqlama

img

06-03-2017 [11:52]


Son günlərdə sosial şəbəkələrdə yayılan foto ciddi şəkildə müzakirə edilir.

Belə ki, vətəndaş marşrutun oturacağı ilə tavanı səhv salması diqqət çəkir. "Baku Bus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev sosial şəbəkədə fotoya belə şərh verib: "Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir. Avtobuslardan digər daxildən gələn ehtiyaclarını ödəmək üçün istifadə etməyə çalışırlar. Biz avtobusa qalıcı xəsarət yetirənlərlə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edirik. Ancaq, bu cür etik qaydalarla bağlı ətrafdakı insanlarlar, ictimaiyyət mübarizə aparmalıdır”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Unikal.org-a açıqlama verib. O, qeyd edib ki, bu avtobusun marşrut xəttində olub olmadığı bilinmir: "Burada qeyri-müəyyənlik var. Bunu kim isbatlaya bilər ki, həmin adam sürücüdür, yoxsa sərnişindir. Sərnişinlərin yanında belə bir hərəkət edən sürücü olarsa təbii ki, tədbir görüləcək. Heç bir halda inandırıcı deyil ki, nə sərnişin, nə də sürücü belə bir hərəkət etsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub