Şriftin ölçüsü / 750 dəfə oxunub

Cocuq Mərcanlıda raket tapıldı

04 Mart 2017 [23:12]
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 5 evə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) mia.az-a verilən məlumata görə, baxış zamanı 484 ədəd qəlpə, 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilib, nəticə etibarilə 35 520 kv.m ərazi (11 000 kv.m əl ilə, 11 400 kv.m mexaniki üsulla və 13 120 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

28 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 118 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (1 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (4 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 840 944 kv.m ərazi (392 002 kv.m əl ilə, 207 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 122 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 970 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 875 538 kv.m ərazi (426 596 kv.m ərazi əl ilə, 207 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.




SON XƏBƏRLƏR