22 200 siqaret müsadirə olundu - Fotolar

img

04-03-2017 [13:50]


Gömrükdə Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkar edilərək götürülüb.

Mia.az-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

22 200 siqaret müsadirə olundu
22 200 siqaret müsadirə olundu


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR