Azərbaycanda hakim vəfat edib

img

04-03-2017 [10:46]


Azərbaycanda məhkəmə hakimi vəfat edib. Bu barədə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının bu gün keçirilən ümumi yığıncağında bildirilib.

Qeyd edilib ki, Goranboy rayon Məhkəməsinin hakimi Şirzad Hüseynov ötən gün dünyasını dəyişib. Onun xatirəsi iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Ş. Hüseynov bundan əvvəl Tovuz, Samux və Ağstafa rayon məhkəmələrində hakim vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR