Şriftin ölçüsü / 257 dəfə oxunub

Cavid Hüseynov yenidən milli komandada

03 Mart 2017 [14:35]
Martın 9-da Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantdır. "Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas milliyə çağırılıb. Bundan başqa Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas milliyə cəlb olunub.

Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.

Milliyə dəvət alan futbolçuların siyahısı:
Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Anar Nəzirov ("Zirə”), Səlahət Ağayev ("İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi "İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı "Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı "Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov ("Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı "Qarabağ”), Namiq Ələsgərov ("Neftçi”), Elvin Məmmədov ("Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi "Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi "Qarabağ”), Ruslan Qurbanov ("Qəbələ”), Rauf Əliyev ("İnter”)


SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi