Şriftin ölçüsü / 126 dəfə oxunub

MBNP-nin qanunvericilik aktları qəbul etmək hüququ qüvvəyə minib

03 Mart 2017 [12:33]
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qanunvericilik aktları qəbul etmək hüququ qüvvəyə minib. 

Mia.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu səlahiyyətin qüvvəyə minməsi ilə əlaqədar MBNP tənzimləmə sahəsində mövcud olan bütün qaydaların yenidən işlənmiş versiyasını banklara təqdim edir və burada artıq bir çox qaydalar və normativlər üzrə yeni tələblər irəli sürür.

"Palata tərəfindən bir çox qanunvericilik aktlarının - aktivlərin təsnifləşdirilməsi, açıq valyuta mövqeyinin və risklərin banklarda hesablanması qaydaları yeni redaksiyada hazırlanıb. Bu yeni redaksiyalar qəbul olunmuş işgüzar münasibətlər kontekstində Palata tərəfindən banklara göndərilib ki, ABA öz üzvləri ilə bu qaydaları müzakirə etsin, müzakirədən sonra öz təkliflərini Palataya təqdim etsinlər. Bu, bu gün bizimlə Palata arasında formalaşmış işçi münasibətləri kontekstidir. Biz də həmin qaydaları banklara təqdim edirik, təklifləri onlardan alırıq, daha sonra ekspert qrupları səviyyəsində bankların iştirakı ilə müzakirə edirik. Müzakirədən sonra formalaşmış son variant təklifləri ümumiləşmiş şəkildə Palata ilə birlikdə müzakirə edirik", - deyə Z. Nuriyev qeyd edib.


SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi