Daha bir şəhidimiz dəfn olundu - Tovuzda

img

28-02-2017 [13:31]


Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Əhmədov Elvin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yanıqlı kənd qəbiristanlığında keçirilən dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
 
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub.
 
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR