"Ermənistan çox sərt cavablar alacaq" - Millət vəkilindən xəbərdarlıq

img

27-02-2017 [15:05]


"Azərbaycan tərəfi həm torpaqlarını müdafiə etməkdə, həm də itirilmiş torpaqların geri qaytarılmasında israrlıdır”

Mia.az xəbər verir ki, bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə cəbhədəki vəziyyətlə bağlı şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan tərəfi özünün törətdiyi əməllərə görə ən yüksək səviyyədə cavab verəcək: 

"Azərbaycan-Ermənistan cəbhə xəttində daima gərginlik yaşanır. Ermənistan beynəlxalq hüquq normalarına riayət etmir və Azərbaycan torpaqlarından silahlı qüvvələrini çıxarmaq istəmir. Qarşıdan aprel ayının 2-də onların parlamet seçkisi gəlir. Daha çox uğur qazanmaq üçün Sarkisyan hakimiyyəti tez-tez cəbhə xəttində provakasiyalar edir. Son provakasiyada Azərbaycan tərəfi itki verib. Çox təəssüf ki, 5 nəfər dəyərli oğlumuzu itirmişik. Bununla belə gərginlik yenə də yaşanmaqdadır. Hesab edirəm ki, Azərbaycan tərəfi həm torpaqlarını müdafiə etməkdə, həm də itirilmiş torpaqlarının geri qaytarılmasında israrlıdır. Ermənistan tərəfi özünün törətdiyi əməllərə görə ən yüksək səviyyədə cavab verəcək".

"Vəziyyət bu şəkildə davam edəcəyi təqdirdə Aprel döyüşlərinin təkrarlanmaq ehtimalı varmı?" - sualına A.Mirzəzadə belə cavab verib:

"Bunu şərait göstərəcək. Hazırda nə isə demək mümkün deyil. Şəhidlərimiz, insan itkilərimiz olur. Amma bununla belə bilmək lazımdır ki, erməni tərəfinin özü böyük gərginlikdədir. Erməni əsgəri digər ölkənin ərazisində qulluq etdiyinin fərqinə varır. Erməni zabitləri hər an həyatlarını itirə biləcəkləri qorxusu ilə yaşayırlar. Ermənistan cəmiyyəti tez-tez indiki iqtidarın provakasiyasına görə öz övladlarını qurban verməmək üçün etiraz edirlər. 

Ermənistan silah cəhətdən korluq çəkir. Onların yeganə üstünlüyü mövqelərinin strateji cəhətdən yüksəklikdə yerləşməsidir. Tutulan ərazilər dağ silsiləsindədir. Ermənistan daha çox əlverişli mövqedədir. Təəssüf ki, bizim belə döyüşlərdə ara-sıra itkilərimiz olur. Azərbaycan əsgəri bu gün qətiyyətlə topağımızı qoruyur. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan ötənilki aprel döyüşləri kimi çox sərt cavablar alacaq. Ordumuz öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR