Sabiq icra başçısının oğlu yeni vəzifədə! - Həmzə Kərimov vitse-prezident oldu (FOTO)

img

27-02-2017 [13:27]


Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin Cüdo Federasiyasına seçkilər keçirilib. Seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib. 

Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib.

 SOCAR-ın Rumıniya törəmə şirkəti "Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub(azərtac).

Qeyd edək ki, Rumıniya Cüdo Federasiyası bir müddət öncə Həmzə Kərimovun vitse-prezidentlik vəzifəsinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Mia.az onu da bildirir ki, Həmzə Kərimov Salyanın sabiq icra başçısı Tahir Kərimovun oğludur. 

Tahir Kərimov 2016-cı ilin mart ayında icra başçısı vəzifəsindən azad olunub. 

O, PA-nın şöbə müdiri Zeynal Nağdəliyev tərəfindən "Prezidentin etimadını doğrultmamaq"da ittiham edilib.

Mia.az 

SOCAR təmsilçisi Ruminiyada vitse-prezident seçildi

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR