Azərbaycanlı general xaricdə xəstəxanaya yerləşdirildi - Açıqlama

img

27-02-2017 [13:22]


Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Razayev səhhətində yaranmış narahatçılığa görə xarici ölkələrin birində xəstəxanaya yerləşdirilib.

Hazırda generalın vəziyyəti normaldır. O müalicəsini davam etdirir və yaxın 15 gün ərzində ölkəyə qayıdacaq.

Mia.az xəbər verir ki,  Azərbaycan Respublikası Veteranlar Şurasından unikal.org-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, generalın səhhəti hazırda normaldır: "Yaxın günlərdə ölkəyə qayıdacaq və işinin başında olacaq"

Xatırladaq ki, Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. 1991-ci ildə müdafiə nazirinin müavini və naziri vəzifəsinə təyin olunub. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə şöhrət ordeni ilə təltif edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR