Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar

img

27-02-2017 [11:29]


Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

Mia.az xəbər verir ki, "qafqazinfo” adları açıqlanan əsgərlərimizdən biri - Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib. 

Əldə etdiyimiz məlumata görə, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub. Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.

Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.

Şəhid hərbçimiz ata olacaqdı... -  Fotolar
Şəhid hərbçimiz ata olacaqdı... -  Fotolar
Şəhid hərbçimiz ata olacaqdı... -  Fotolar
Şəhid hərbçimiz ata olacaqdı... -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR