Qoğal satan kişi dispetçerin qulağını kəsdi - BAKIDA

img

27-02-2017 [10:04]


Bakıda qoğal satan şəxs dispetçerin qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, Rüstəm Rüstəmov küçəsində "makler bazarı" kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib. Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını alamaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, E.Məmmədov avtobus dayanacağında dispetçer kimi fəaliyyət göstərir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR