Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu

img

26-02-2017 [17:05]


Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mia.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıblar, abidənin önünə al qərənfillər düzüblər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anma mərasimləri keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR