25-02-2017 [23:16]
İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri fevralın 25-də Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Stokholmun Mynttorget meydanında (İsveç parlamentinin qarşısında) aksiya keçiriblər.
Aksiyada iştirak edənlər 25 il əvvəl törədilən Xocalı soyqırımında şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə İsveç və ingilis dillərində "Xocalı unudulmaz”, "Qarabağ Azərbaycanındır”, "Xocalıya ədalət” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edənlər Xocalı soyqırımı barədə yerli ictimaiyyəti ətraflı məlumatlandıraraq bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın bu şəhərini mühasirəyə alaraq, yerli sakinləri yalnız azərbaycanlı olduqları üçün kütləvi qirğına məruz qoyublar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin əsir götürüldüyü İsveç ictimaiyyətinin diqqətinə çatdırılıb.
Natiqlər qeyd ediblər ki, Xocalı qətliamı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Avropa dövlətlərini ikili standartlara görə qınayan aksiya iştirakçıları beynəlxalq birliyi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıblar. Avropanın bəzi dairələrinin uydurma "Erməni soyqırımı” məsələsindən siyasi alət kimi istifadə etdiklərini bildirən natiqlər həmin dairələrin Xocalı soyqırımına və Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə iştirakçısı olduğu vurğulanan mitinqdə "Bəs hanı beynəlxalq hüquq?”, "Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib.
Sonda İsveçin Baş nazirinə, habelə Krallığın parlamentində (Riksdaqda) təmsil olunan bütün siyasi partiyaların rəhbərlərinə aksiya iştirakçıları tərəfindən rəsmi bəyanat qəbul olunub.
Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı inanılmaz vəhşiliklərin törədildiyi, öldürülmüş insanların bəzilərinin dərilərinin soyulduğu, başlarının kəsildiyi, cansız bədənlərin isə eybəcər hala salındığı bildirilib. Sənəddə, habelə Xocalı qətliamından sonra Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq işğalçı siyasətlərini davam etdirdiyi, müstəqil Azərbaycanın 20 faiz ərazisini zəbt etdiyini və nəticədə 1 milyondan çox insanın qaçqın və məcburi köçkün halına düşdüyü diqqətə çatdırılır. Eyni zamanda, azərbaycanlılara məxsus maddi və mənəvi abidələrin bu günün İŞİD terrorçularından fərqlənməyən Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edildiyi də bəyanatda öz əksini tapıb.
Bu məsələdə haqqın və hüququn Azərbaycan tərəfində olduğu deyilən sənəddə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, "The Human Rights Watch”, Avropa İnsan Haqları Məhkəməsi və bir sıra başqa beynəlxalq institutların da Xocalı soyqırımı ilə bağlı qətnamələri və bəyanatları xüsusilə qeyd olunub.
Aksiya Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə keçirilib.
Azərtac
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib