ABŞ Türkiyənin etirazlarını "eşitmədi", Suriyadakı YPG-yə zirehli texnika göndərdi - "Reuters"dən foto

img

25-02-2017 [21:59]


Türkiyənin israrlı etirazlarına baxmayaraq, ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyini davam etdirir.

Mia.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Suriyada İŞİD-ə qarşı döyüşən YPG-nin mövqeyini gücləndirmək üçün onlara zirehli texnikalar göndərib.

"Reuters"ın fotoqrafı həmin zirehli texnikanın daşınmasını təsdiq edən faktı görüntüləyib.

Məlumatda o da bildirilir ki, zirehli texnikayla yanaşı, YPG-yə əsgəri dəstək də göndərib.

Məsələyə reaksiya verən Türkiyəli nazir Ömer Çelik deyib ki, YPG-yə verilən ağır silahlar Suriyadakı müxalif qruplara verilsəydi, indi nə İŞİD, nə də belə bir terror təşkilatı ilə işbirliyinə ehtiyac qalardı.

İddiaya görə, qarşıdakı günlərdə bu fakt iki dövlət arasında gərginliyi bir az da şiddətləndirəcək. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR