Türkiyə superliqasında sensasion hadisə: "Futbolçuları dəyənəklə döydülər" + FOTO

img

25-02-2017 [21:33]


Türkiyə superliqasında sensasion hadisə baş verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kasımpaşa"ya 4-0 məğlub olan "Bursaspor"lu oyunçular bərk döyülüb:

"Futbolçuları aparan avtobusu "Osmanqazı" körpüsündə bir qrup "Bursaspor"lu tərəfardaı saxladıb. Dəyənəklərlə silahlanmış qəzəblənmiş tərəfdarlar avtobusun şüşələrini qırıblar. Bununla ürəkləri soyumayan tərəfdarlar məğlubiyyətdə futbolçuları günahlandıraraq, onları əzişdirməyə başlayıblar. Hadisə nəticəsində xeyli futbolçu ciddi xəsarət alıb. "Bursaspor"un qapıçısı daha ağır zədələr alıb".

Hadisədən dərhal sonra klubun prezidenti Alı Ay açıqlama verib və həmin tərəfdarlara lənət oxuyub: 

"Lənət olsun elə tərəfdarlara. Onlarla bağlı polisə şikayət edilib. Təəssüf ki, bu hadisə "Bursaspor" tarixinə qara ləkə olaraq, keçdi".

Mia.az
  

Digər xəbərlər
SON XƏBƏRLƏR