“Bu, Ermənistan hökumətinin yoxlanmış metodudur..." - Deputatdan cəhbədəki gərginliklə bağlı açıqlama

img

25-02-2017 [16:40]


"Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır".

Bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

"Bu, Ermənistan hökumətinin yoxlanmış metodudur – çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı "referendum” cəhdi baş tutmadı”, – Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR