25-02-2017 [15:37]
"Əslində, dolların bundan sonrakı taleyinin necə olacağı ABŞ-n yeni prezidentinin sərgiləcəyi iqtisadi siyasətdən və buna uyğun ortaya qoyulacaq maliyyə siyasətindən bilavasitə asılı olacaqdır. Bu məsələlərdə isə hələlik kifayət qədər qeyri-müəyyənlik mıvcuddur".
Bunu Mia.az-a açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, seçkiqabağı bəyanatlarında Trampın iqtisadi siyasətə dair səsləndirdiyi fikirlər, bu gün dünya iqtisadi müstəvisində sürətlə gedən qloballaşmanın əksini nəzərdə tuturdu. Elə onun prezident kürsüsünə oturduqdan sonra imzaladığı ilk sərəncam da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatından öz ölkəsinin çıxmasını rəsmiləşdirdi:
"Trampın bu addımı bir çox ölkələrin liderlərini kifayət qədər narahat etdi. Digər tərəfdən, onun ABŞ-n Federal Ehtiyat Sisteminin (FED) fəaliyYətini təftiş etmək məqsədilə xüsusi qanunvericilik bazasını yaratmaq cəhdləri və bu təşkilatın ABŞ hökumətinin tərkibində deyil, özəl Mərkəzi Bank olmasını həzm edə bilməməsi, bundan sonra hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinliklər yaradır.
Bu gün Tramp 100 il bundan öncə yaradılmış Federal Ehtiyat Sistemini – ABŞ Mərkəzi Bankını ölkənin maliyyə sistemini böyük həcmdə borclarla yükləməkdə ittiham edir. O hesab edir ki, bu borclar Amerikanı xərçəng kimi içəridən yeyir və Federal Ehtiyat Sisteminin məmurları bunun üçün birbaşa heç bir məsuliyyət daşımırlar. Bütün bu söylədiklərimiz fonunda ABŞ dollarının bundan sonrakı dönəmlərdə Trampın sərgiləyəcəyi iqtisadi və maliyyə siyasətinə uyğun özünü necə aparacağını öncədən söyləmək çox çətindir".
Sabiq nazirin sözlərinə görə, əgər ciddi bir dəyişiklik baş verməzsə, Federal Ehtiyat Sisteminin bu ilin mart ayının 15-də keçiriləcək toplantısında uçot dərəcəsi qaldırıla bilər:
Fikrət YUSİFOV
"Unutmayaq ki, keçən ilin dekabr ayında FED-in uçot dərəcəsinin 0,25 dərəcə artıraraq, bütövlükdə 0,75%-ə çatdırdı. Həmin toplantıda, 2017-ci il ərzində onun daha 3 dəfə, hissə-hissə artırılmasına dair qərar qəbul edilib. Bu səbəbdən də Amerika Birləşmiş Ştatları dollarının cari il ərzində əlavə olaraq 0,75% bahalanması gözləniləndi.
Bu isə o deməkdir ki, cari ilin sonlarına yaxın faktiki olaraq ABŞ dolları üzrə uçot dərəcəsi ümumilikdə 1,5%-ə qədər yüksələcəkdir".
Nəzərə alsaq ki, 2015-ci ilin oktyabr aylarının sonlarına qədər uçot dərəcəsi cəmisi 0,25% olub, onda cari ilin sonuna onun 1,5%-ə çatdırılması, iki il ərzində ABŞ dollarının 6 dəfə bahalanması demək olacaqdır: "Dolların bu şəkildə bahalaşması dünyanın maliyyə müstəvisində müəyyən dəyişiklikləri qaçılmaz edəcək".
Professor deyir ki, Azərbaycan manatının bundan sonrakı taleyi dünya bazarlarında neftin qiymətlərinin vəziyyətindən və qeyri-neft sektorundan ixracın səviyyəsindən bilavasitə asılı olacaq:
"Son 8 ay ərzində dünya bazarlarında neftin qiymətləri müəyyən bir səviyyədə sabitləşib və onun tədricən iartımı baş verir. Digər tərəfdən, hökumətin apardığı islahatlarla ölkə iqtisadiyyatının real sektorundan ixracın kifayət qədər artacağı gözlənilir. Bu iki amilin ortada olması, manatın məzənnəsi ilə bağlı optimist əhval-ruhiyyə yaradır".
Mia.az
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...