"Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə..." - Əli Həsənovdan birinci vitse-prezident açıqlaması

img

25-02-2017 [13:56]


"Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək”.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"Bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə, Ə. Həsənov qeyd edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR