Orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi

img

25-02-2017 [12:15]


24 fevral 2017-ci il tarixində 281 №li tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. 

Anım mərasimində qətliamın tarixi aspektləri haqqında məlumatlar verildi, Xocalı soyqırımının yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş amansız bir cinayət olduğu vurğulandı. Mərasimdə Suraxanı rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, I qrup Qarabağ əlili Aftandil Həsənov, I qrup Qarabağ əlili 9 ay 14 gün erməni əsirliyində qalmış, ermənilər tərəfindən sinəsinə qızdırılmış dəmirlə xaç şəkili çəkilmiş, 281 №li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vaqif Əliyev tərəfindən əsirlikdən azad edilmiş Mail Məmmədov iştirak etdilər. Azərbaycan bəstəkarlarının simfonik musiqilərinın fonunda Xocalı faciəsinin ağrı –acıları bir daha yada salındı. 

Sonda tariximizə qanla yazılmış Xocalı faciəsi barədə kiçik tamaşa göstərildi və fleşmob göstərildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR