"Günahı olanlar tarix qarşısında cavab verəcəklər" - Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

img

24-02-2017 [20:10]


Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə hücum edilərək 106-sı qadın, 63-ü uşaq, 70-si yaşlı olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. 1275 nəfər girov götürülüb, 150 nəfərin aqibəti bu günə qədər məlum deyil. Hələ də Azərbaycan torpaqlarının 1/5-i işgal altındadır, bir milyondan çox azərbaycanlı qardaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşılaşdıqları bu dəhşətin ağrı-acısını hər zaman qəlbimizdə hiss edirik və bu kədərə şərikik. Bu insanlıq faciəsində günahı olanlar tarix qarşısında cavab verəcəklər. Ermənistan silahlı birləşmələri tərəfindən törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işgalını şiddətlə qınayırıq. Bu faciədə həlak olanlara Allahdan rəhmət diləyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR