Xaricdən Azərbaycana gətirilən siqaretlər ucuzlaşdı

img

24-02-2017 [15:33]


İsveçrə, Serbiya, İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadan Azərbaycana gətirilən müxtəlif markalı siqaretlərin qiymətində ucuzlaşma müşahidə edilib.

Bu ilin yanvar ayının 18-dən etibarən Azərbaycanda tütün məmulatlarının nağd şəkildə topdan satışı qadağan edildikdən sonra ölkəmizdə istehsal edilən siqaretlərin qiymətində kəskin artım müşahidə edildi. Bundan bir neçə gün sonra yerli siqaretlərin satışında 10 qəpik ucuzlaşma nəzərə çarpsa da, hazırda əvvəlki illərlə müqayisədə qiymət artımı üstünlük təşkil edir.

Unikal.org-un araşdırmasına görə, bu ilin yanvar ayının 18-dən etibarən Azərbaycanda tütün məmulatlarının nağd pulla topdan satışının qadağasından sonara xarici siqaretlərin qiymətində də eyni tendensiya ilə artım müşahidə edildi.

Mütəxəssislər xarici siqaretlərin qiymət artımını dolların kursunun manata nisbətən bahalaşması ilə əlaqələndirirlər. Son günlər İsveçrə, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana idxal edilən xarici siqaretlərin qiymətində 10 qəpik ucuzlaşma müşahidə edilir.

Ucuzlaşma ən çox Serbiya və Birləşmiş Ərəb Əmirliklərindən daxil olan siqaret marklarında özünü göstərir. Məsələn, Belqrad istehsalı olan "De Santis” (kompakt) , Rusiyaya məxsus "NZ” (nazik), Birləşmiş Ərəb Əmirliklərinin "Mond”(kompakt) siqaretlərinin satışında 10-20 qəpik ucuzlaşma özünü göstərir. Sözügedən markalı siqaretlər şəhərin müxtəlif dükanlarında 1.80-1.70 AZN-ə satılırdısa, hazırda bunların qiyməti 1.60 AZN təşkil edir.

Əvvəllər "MarLBoro” (Rusiya) 3.50AZN idisə, hazırda 3 manat, 5 manat olan "MarLBoro”nun (İsveçrə) qiyməti hazırda 4.50 AZN təşkil edir.




Digər xəbərlər
SON XƏBƏRLƏR