"Xocalıdan siyasi oyun kimi istifadə edənlər öz istəyinə nail oldu"

img

24-02-2017 [15:11]


"25 il bundan öncə Xocalıda misli görülməmiş bir qətliam həyata keçirlidi. Erməni terrorçuları qadın, qoca, uşaq demədən həmyerlilərimizə qarşı amansızlıq nümayiş etdirdi.”

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

Partiya sədrinin sözlərinə görə, Xocalı faciəsini günahkar olan insanların bir qismi hazırda içimizdədir:

"Xocalı istintaq komissiyasında bir sıra faktlar üzə çıxsa da, nədənsə bunlar sonradan unuduldu. Xocalının həmin dövrdəki icra başçısı bu şeyləri çox gözəl bilir. Faciədə günahkar olan şəxslərin bir qismi hazırda içimizdədir, onlar yüksək vəzifələr sahibidi. İstərdim ki, Elman müəllim açıqlama versin ki, bu olayda kimlərin əli var. Çox təəssüflər olsun ki, biz bu günə qədər ermənilərdən qisasımızı ala bilməmişik. Amma ermənləri Bakıya dəvət edib onlara restoranlarda qonaqlıq veririk. Xocalıdan siyasi oyun kimi istifadə edən bir qrup öz istəyinə nail oldu. Xocalıdakı soyqırımında həlak olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Bu insanların qanı yerdə qalmamalıdır. Azərbaycan xalqı bunun hesabını mütləq ermənilərdən sormalıdır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR