Fərdi yaşayış və bağ evlərinə verilən sənədlərlə bağlı dəyişiklk - Rəsmi

img

24-02-2017 [11:43]


Fərdi yaşayış və bağ evinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışın forması dəyişib. 
 
İndiyə qədər fərdi yaşayış və bağ evinə daşınmaz əmlakın dövlət reyestrindən arayışın "Daşınmaz əmlakın təsviri” bölməsində fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə nəzərdə tutulan göstəriciləri - liter, mərtəbəliliyi, yaşayış otaqlarının sayı - literlər üzrə fərdi yaşayış və bağ evindəki otaqların sayı, yaşayış sahəsi (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin yaşayış sahəsi, yardımçı sahə - fərdi yaşayış və bağ evinin yardımçı sahəsi, ümumi sahə (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin ümumi sahəsi göstərilib. 
 
Yeni dəyişikliyə əsasən isə, bundan sonra tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə deyil, yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri üzrə göstəricilər arayışın "Daşınmaz əmlakın təsviri” bölməsində əksini tapacaq.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR