24-02-2017 [10:31]
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bu, Arizona Nümayəndələr PalatasınınXocalı soyqırımına dair qəbul etdiyi ilk rəsmi sənəddir.
Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Don Şuter tərəfindən Palatanın plenar iclasında oxunan və yekdilliklə qəbul edilən bəyannamə, plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Palatanın bütün üzvləri Xocalı qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, bəyannamənin oxunmasını ayaq üstündə dinləyiblər.
Bəyannamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. "Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və 20 ABŞ ştatının qanunverici orqanlarının və qubernatorlarının müvafiq sənədlər qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır.
Bəyannamədə xüsusilə vurğulanır ki, "bu soyqırımını törədənlər hələ də azadlıqdadırlar və məsuliyyətə cəlb olunmamışlar”.
Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyi bildirilən sənəddə, buna səbəb kimi Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin hələ də işğal altında saxlanılması göstərilir.
Eyni zamanda, vurğulanır ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.
Sonda, Arizona Ştatının Nümayəndələr Palatası tərəfindən 26 fevral 2017-ci il tarixinin Xocalı faciəsinin 25-ci ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.
Bəyannamənin qəbulundan sonra, baş konsul N.Ağayev Nümayəndələr Palatasının spikeri və ayrı-ayrı üzvləri ilə görüşərək, Azərbaycan xalqının ağrısını bölüşdüklərinə və ədaləti dəstəklədiklərinə görə onlara təşəkkür edib.
Qeyd edək ki, bu, Arizona qanunverici orqanı tərəfindən Xocalı faciəsinə dair qəbul edilmiş ikinci sənəddir. İlk sənəd 2015-ci ilin 26 fevral tarixində qanunverici orqanın yuxarı palatası - Arizona Ştat Senatı tərəfindən qəbul edilmişdi. Həmçinin, 2014-cü ildə Arizona Senatı və Nümayəndələr Palatası Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pisləyən qətnamələr qəbul edib.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb